"Mardan Palace" hotelinin rəhbəri dəyişib

"Mardan Palace" hotelinin rəhbəri dəyişib

20 Fevral 2017 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində yerləşən "Mardan Palace" hotelinin baş direktoru dəyişib.

Apa xəbər verir ki, Çetin Pehlivan baş direktor vəzifəsindən azad olunub. Onu Selçuk Şentepe əvəzləyib.

Qeyd edək ki, S. Şentepe 2008-ci ildən etibarən "Mardan Palace" hotelində müxtəlif vəzifələri tutub.

Qeyd edək ki, "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Hotel Azərbaycan əsilli iş adamı T. İsmayılova 1,4 mlrd. dollara başa gəlib.

Xatırladaq ki, T. İsmayılov "Mardan Palace" hotelinin onun əlindən çıxdığını bildirib: "Bu hoteli mən atamın şərəfinə inşa etdirmişəm və arzumu reallaşdırmışam. Həmişə istəmişəm ki, valideynlərim mənimlə fəxr etsinlər. Bu hotel məhz bu məqsədlə inşa edilib. Deyilənlərin və mətbuatın təqdim etdiklərinin əksinə olaraq heç kimə heç nəyi sübut etmək istəmirəm. Əslində "Mardan Palace" arzularımın mücəssəməsidir. Hər bir insanın bir arzusu var, mənə isə onu reallaşdırmaq nəsib oldu. Hazırda "Mardan Palace" mənim olmasa da, amma o mənim arzularımın mücəssəməsi olaraq qalacaq və hamı biləcək ki, bu oteli mən inşa etmişəm. "Mardan Palace" hotelinin yerləşdiyi yerlərin bataqlıq olan vaxtlarını xatırlayıram. Layihəçilərimlə birlikdə bataqlıq çəkmələrimi geyinib gələcək otelin ərazisində gəzirdim və bir gün burada otelimin olacağını təsəvvür edirdim. Mətbuatın qərəzinə baxmayaq, indi bu otel mübaliğəsiz Türkiyənin ən gözəl otellərindən biridir".

Mediainfo.az