Qaçırdığı avtomobillə qəza törətdi

Qaçırdığı avtomobillə qəza törətdi

20 Fevral 2017 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayon sakini, 21 yaşlı Nicat Xaliq oğlu Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N. Məmmədli idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Mediainfo.az