Ermənilərə silah satan Baş Qərargah rəisi işdən çıxarıldı

Ermənilərə silah satan Baş Qərargah rəisi işdən çıxarıldı

26 Sentyabr 2011 19:24
Bəyəndim (0) Bəyənmədim (0)
GUAM üzrə tərəfdaşımız Moldova Azərbaycana xəyanət edirmiş

Moldova mətbuatının bu gün yaydığı məlumata görə, ölkə parlamentində keçirilən qapalı dinləmələr Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə nəticələndi. Səbəb Moldovanın məxfi şəkildə Ermənistana silah ötürməsi idi. Prezident vəzifəsini icra edən Marian Lupunun fərmanı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Yuriy Dominiç işdən azad edildi. Belə ki, bu ölkədən Ermənistana ağıq artilleriya və tank əleyhinə qurğular ötürülürdü.

Yerli mətbuatın məlumatına görə, son hadisə GUAM üzvləri Moldova və Azərbaycan arasındakı diplomatik əlaqələrə zərbə vuracaq.

"Независимая газета" yazır ki, Moldovanın Müdafiə naziri Vitaliy Marinutsa faktı rəsmən təsdiqləyib. Avropa silahlı qüvvələrə demokratik nəzarət Cenevrə mərkəzinin eksperti Viorel Çibotaru isə iddia edir ki, adıçəkilən əməliyyat vasitəçilərin köməyi ilə həyata keçirilib.

Nəyisə satmaq hər kəsin öz hüququ olsa da, dostluğu satmaq xəyanətkarın hüququdur...

Hafiz Əhmədov

O.M.