Azərbaycana məxsus gəmi Rusiya sərhədçiləri tərəfindən saxlanılıb

Azərbaycana məxsus gəmi Rusiya sərhədçiləri tərəfindən saxlanılıb

26 Sentyabr 2011 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin əməkdaşları heç bir bayraq altında üzməyən "Tayfun" gəmisini saxlayaraq baxış keçiriblər. Baxış zamanı gəminin Azərbaycana məxsus olduğu müəyyənləşib. Gəmidə 1500 kiloqram nərə balığı və qadağan olunmuş qarmaqlar aşkarlanıb. Gəmi həbs edilərək Mahaçqala limanına aparılıb. Müvafiq sənədləşmədən sonra gəmi Azərbaycan tərəfə qaytarılacaq.

Rusiya tərəfi son iki ildə "Tayfun" gəmisini dörd dəfə həbs edib. 2010-2011-ci illərdə dörd dəfə saxlanan gəmiyə baxış zamanı külli miqdarda qanunsuz ovlanmış nərə balığı və qadağan olunmuş ov alətləri aşkar edilərək müsadirə olunub.

Tayfun gəmisi "fırtınaya" düşdü.

Tofiq Əliyev

O.M.