Səhiyyə Nazirliyinə qarşı çılpaq  nümayiş təşkil olunub

Səhiyyə Nazirliyinə qarşı çılpaq nümayiş təşkil olunub

15 Aprel 2011 10:31
992
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada " FEMEN" adlı qadınların hüquqlarının qorunması təşkilatı Səhiyyə Nazirliyinə qarşı yönəlmiş aksiya keçirib. Aksiyanı qadınlar çılpaq şəkildə təşkil ediblər. Qadınlar üstündə "mən ölürəm, sən sağsan" kimi yazılarla dolu afişalarla paytaxtın küçələrində gəziblər. Aksiyanın keçirilməsinin məqsədi, Səhiyyə Nazirliyinin Çernobl faciəsi səbəbindən xərçəng xəstəsi olan insanlara kömək etmək məqsədi ilə təşkil olunmuş Onkologiya Proqramına maliyyə yardımı etməməyinə etirazdır.

Axır ki, feministlər də ağıllı bir aksiya keçirdilər. Amma yenə də axıradək ağıllı ola bilmədilər. Onların çılpaq olmasını nəzərdə tuturam...

Qeyd: Müəyyən səbəblərdən çılpaq qadınların rəsmlərini təqdim etmirik.

Hafiz Əhmədov

O.M.