Əl-Bab İŞİD-dən azad edilib

Əl-Bab İŞİD-dən azad edilib

16 Fevral 2017 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində Əl-Bab şəhəri İŞİD terrorçularından azad edilib.

apa-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib.

Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub. Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu şəhərin azad edilməsi əməliyyatına keçən ilin dekabrında başlayıb. Bu şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyə sərhədi boyunca zolaq yaratmasının qarşısının alınması, İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması baxımından böyük strateji əhəmiyyətə maik olub. Hazırda şəhərdə minalardan təmizləmə əməliyyatları aparılır.

Mediainfo.az