Ermənistan azərbaycanlı hərbi əsiri üçüncü ölkəyə təhvil verib

Ermənistan azərbaycanlı hərbi əsiri üçüncü ölkəyə təhvil verib

26 Sentyabr 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu üçüncü ölkəyə təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, Azərbaycana qayıtmaqdan imtina edən R. Hüseynov BMT-nin qaçqınlar üzrə ali komissarının ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri vasitəsilə üçüncü ölkəyə təhvil verilib. R. Hüseynovun hansı ölkəyə təhvil verdiyi açıqlanmayıb.

Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, R. Hüseynovun üçüncü ölkəyə təhvil verilməsi barədə komissiyaya rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu R. Hüseynov 2010-cu il avqustun 27-də Ermənistan ordusu tərəfindən əsir götürülüb.

"Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər. (Vilson, ingilis səyahətçi)

Tofiq Əliyev

O.M.