Şimali Koreya liderinin qardaşını öldürməkdə təqsirləndirilən daha 2 qadın saxlanılıb

Şimali Koreya liderinin qardaşını öldürməkdə təqsirləndirilən daha 2 qadın saxlanılıb

16 Fevral 2017 10:06
215

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən ikinci qadını saxlayıb.

apa-nın "Kyodo News"-a istinadən verdiyi xəbərə görə, onun adı hələ ki, açıqlanmır.

Ötən gün Kuala-Lumpurda Kim Çen Namın ölümü ilə əlaqədar 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşı olan qadın həbs olunub.

Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib. Onun ölümünün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, 46 yaşlı Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib.

ABŞ hökumətindəki mənbə Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyini bildirib.

Mediainfo.az