Rezidenturaya ixtisas seçimi başlayıb

Rezidenturaya ixtisas seçimi başlayıb

26 Sentyabr 2011 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda rezidenturaya ixtisas seçimi başlayıb. Müsabiqədə iştirak hüququ olan namizədlər sentyabrın 26-dan (saat 14:00-dan) 29-dək (saat 10:00-dək) elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) qəbul olmaq istədikləri ixtisasları seçməli və ixtisas seçimini təsdiq etməlidirlər.

Bundan başqa, ixtisas seçimində namizədlərə kömək məqsədilə bütün istiqamətlər üzrə müsabiqədə iştirak hüququ qazanmış şəxslərin imtahan ballarının paylanmasına dair cədvəllər də Komissiyanın internet saytında yerləşdirilib. Bu cədvəllərdə müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin imtahan ballarının paylanması, rezidentura hazırlığı aparılan müəssisələr üzrə qəbul planına dair məlumatlar təqdim olunub. Həmin məlumatlarla tanışlıq hər bir namizədə doğru ixtisas seçimi etməyə, təqdim olunmuş plan yerləri üzrə qəbul olma şanslarını düzgün müəyyənləşdirməyə yardım edəcək.

Namizədlərin marağını nəzərə alaraq Komissiyanın internet saytında qəbul imtahanının hər iki mərhələsi üzrə namizədlərin cavab kartlarının qrafik təsviri yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir namizəd öz cavab kartının görüntüsünə baxa bilər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı sentyabrın 24-25-də keçirilib. Müsabiqədə iştirak etmək hüququnu 860 nəfər qazanıb. Rezidenturaya qəbul planı isə 316 yerdir.

Müalicə işi, pediatriya ixtisasları üzrə 303 yerə qarşı 759 nəfər, mülki

ixtisaslar üzrə 287 yerə qarşı 745 nəfər, o cümlədən, hərbi həkim ixtisasları

üzrə 16 yerə qarşı 14 nəfər, stomatologiya ixtisası üzrə 4 yerə qarşı 71 nəfər, tibbi-biologiya ixtisası üzrə 2 yerə qarşı 15 nəfər, tibbi-profilaktika ixtisası üzrə 7 yerə qarşı 15 nəfər müsabiqədə iştirak hüququ qazanıb.

Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

Tofiq Əliyev

O.M.