Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

15 Aprel 2011 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında
Aprelin 15-də
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında
Aprelin 15-də
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Havadan asılı olmayaraq, hər birinizin həyatı aydın səma, buludsuz günlər və hərarətli məhəbbətlə əhatəli olsun!..

Elvin Babayev

O.M.