"Nobel" mükafatının sahibi olan ilk qadın öldü

"Nobel" mükafatının sahibi olan ilk qadın öldü

26 Sentyabr 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikalı "Nobel Sülh mükafatçı"sı ilk qadın Vanqari Mathayi öldü. Keniyanın ətrafı qoruma sahəsində fəaliyyət göstərən "Green Belt Movement"dən (Yaşıl Kəmər Hərəkatı) verilən açıqlamaya görə, Mathayi dünən xərçəng xəstəliyindən 71 yaşında vəfat edib. Qurduğu "Green Belt Movement" sayəsində Keniya qadınlarını ətraf mühit mövzusunda səfərbər etməyi bacaran Mathayi 30 il ərzində 30 milyon ağac əkdirməyi bacarıb. Ölkəsində 2002-ci ildə millət vəkili seçilən mərhumə eləcə də 2003-2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində də çalışıb.

Günel Həbib

O.M.