Evdən Qaxa qaçan 21 yaşlı qız özünü yolda zəhərlədi
Valideynlərindən xəbərsiz Bakıdan Qaxa gedən 21 yaşlı qız dərmandan zəhərlənib.
Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, fevralın 13-də saat 19.00 radələrində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə MRX-a daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib. Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
Bildirilib ki, N. Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusuyla Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-a çatdırılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, N. Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. (apa)
Mediainfo.az


























































.jpg)
.jpg)
.jpg)











.jpg)





















