Onlar xaricə getmək üçün kişilərdən icazə almalıdırlar

Onlar xaricə getmək üçün kişilərdən icazə almalıdırlar

26 Sentyabr 2011 14:51
Bəyəndim (0) Bəyənmədim (0)
Sükan arxasında oturmağı isə yalnız xəyallarında canlandıra bilirlər

Səudiyyə Ərəbistanının kralı Abdullah ölkədə qadınların səs verməsinə izn verdi. Lakin onların səsvermə məkanlarına şəxsi avtomobilləri ilə getmələri yasaqlandı. Kralın qadınlara dair bəzi qərarları "Səudiyyə Baharı" adlandırılsa da, çox güman ki, zərif cinsin nümayəndələri öz tam haqlarının yolunu hələ çox gözləyəcəklər. Xatırladaq ki, ölkədə qadınların təhsil almasına, işləməsinə comərd davranılsa da, təəssüf ki, ictimaiyyət arasında onların haqları kişilərinkindən xeyli aşağıdır. Xüsusilə xaricə getmə mövzusunda onlar mütləq ər, ata və ya qardaşlarının iznini almalıdırlar. Sükan arxasında oturmağı da onlar ancaq yuxularında görə bilərlər.

Qadın bir şey istəyirsə, dərhal vermək lazımdır. Əks halda özü götürəcək.

Günel Həbib

O.M.