10 kq-lıq "Aslan" zirvənin sahibi oldu

10 kq-lıq "Aslan" zirvənin sahibi oldu

26 Sentyabr 2011 14:40
951
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın "Krokus Expo Sərgi Mərkəzi"ndə bu il 14-cüsü təşkil edilən "Expocat 2011" - pişiklər yarışmasında ən çox diqqəti yerli "mal" çəkdi. Dünyanın fərqli coğrafiyalarından bu sərgiyə qatılan pişiklər şirinlikləri, gözəllikləri ilə tamaşaçıları heyrətləndirdi. Təxminən 25 fərqli cinsdən 1200 pişiyin iştirak etdiyi sərgidə moskvalı gözəl daha öndə idi. 8 fərqli nominasiyada birincilik uğrunda mübarizə aparan pişiklərdən "Tiqr" (Aslan) sərginin ən böyüyü seçildi. 10.2 kq ağırlıqdakı "Aslan"ın sahibi Yelena Popova, "Bu günə kimi bir dəfə də olsun kimisə cırmaqlamayıb. Əgər belə olsaydı, onu idarə etməyimiz çətin olardı. Onun yeganə aqressivliyi siçanlara qarşıdır", - dedi. Xatırladaq ki, 2 gün davam edən bu sərgi-yarışmanın 40 mindən artıq ziyarətçisi olub.

Heyvanı qulağından tanıyarlar, insanı sözündən. (Qırğız atalar sözü)

Günel Həbib

O.M.