Universitetdə dəhşətli ölüm hadisəsi baş verib

Universitetdə dəhşətli ölüm hadisəsi baş verib

15 Aprel 2011 09:57
Bəyəndim (0) Bəyənmədim (0)


Dünyanın ən hörmətli Universitetlərindən biri olan Yale Universitetində dəhşətli ölüm hadisəsi baş verib. Mikele Dufolt adli bir tələbə qız 2-ci gün kimya laboratoriyasında çalışarkən saçı çarxla işləyən dəzgaha ilişib. O, qorxunc şəkildə həlak olub. Gənc qızın bu vaxt yanında heç kəs olmayıb. Məhkəmə tibbi ekspertizadan verilən məlumata görə, tələbə qız boynunun dəzgahın çarxlarının arasında qalması nəticəsində ölüb. Mərhumun cansız bədəni tələbələr tərəfindən tapılıb.

Laboratoriyada işləyən qızın son təcrübəsi hamı üçün acı təcrübə olmalıdır. Bu isə o deməkdir ki, hər bir işdə ehtiyatı əldən verməyin.

Hafiz Əhmədov

O.M.