Afət Rahilqızının acısına şərik çıxırıq...

Afət Rahilqızının acısına şərik çıxırıq...

10 Fevral 2017 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Mediaianfo.az xəbər verir ki, tanınmış jurnalist Afət Rahilqızının (Zeynalovanın ) ailəsində ağır itki olub. Belə ki, o, anası Rayanı xanımı itirib. Xatırladaq ki, Raya xanım xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onu da vurğulayaq ki, A.Rahilqızı bir müddət əvvəl atası Rahili də itirib.

Məlumat üçün bildrək ki, yas məclisi Neftçala rayonunda keçirilir.

"Vaxt var idi sən məni yola salırdın, indi mən səni yola salıram! Amma arxanca su atmağın mənasızdır. Mən yanına qayıtdım, sən isə məni həmişəlik tərk etdin".

Afət xanım sosial şəbəkələrdəki səhifəsində anası ilə bağlı sonuncu dəfə bu statusu paylaşıb.

Uzun illər "Oxu Məni" qəzetinin əməkdaşı olmuş həmkarımızın dərdinə şərik çıxır, Afət Rahilqızıya və ailəsinə kollektivimiz adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

"Oxu Məni" qəzeti və Mediianfo.az saytı