Gömrükdən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Gömrükdən gizlədilən 40 kiloqram barıt aşkar edilib

9 Fevral 2017 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan Azərbaycana minik maşını ilə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az