Sabirabadda gənc oğlan intihar edib
Sabirabad rayonunda intihar hadisəsi baş verib. Apa-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Rüstəmli kəndində Zəngilanrayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydə alınıb.
Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Asif Qubad oğlu çardaqdan özünü asaraq intihar edib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər