Öz avtomobil sexində quyuya düşdü. ölümdən döndü - GƏDƏBƏYDƏ FACİƏ

Öz avtomobil sexində quyuya düşdü. ölümdən döndü - GƏDƏBƏYDƏ FACİƏ

9 Fevral 2017 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəy rayonunun Kicikqaramurad kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Nizami bədənin müxtəlif hissələrinin əzilməsi və sol said sümüyünün sınığı xəsarəti ilə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının deməsinə görə, N. İbrahimov özünə məxsus avtomobil təmiri sexində ehtiyatsızlıq nəticəsində çilingər quyusuna düşərək xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Aqil M.