Yapon ailələrinə kompensasiya veriləcək

Yapon ailələrinə kompensasiya veriləcək

15 Aprel 2011 10:27
876
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın TEPCO şirkəti zərər çəkmiş ailələrə kompensasiya ödəyəcək. Frans-press agentliyinin verdiyi məlumata görə, bura Fukusima 1 atom elektrik stansiyasının ətrafında yaşamış və radiasiya səbəbi ilə evakuasiya olunmuş ailələr daxildir.

Şirkət hər ailəyə 12 min dollar pul ödəyəcəyini bildirib. Pul hər bir ailə üzvünə çatacaq. Qeyd edək ki, stansiyanın 40 kilometrliyindəki bütün ailələr köçürülmüş və öz evlərini itirmişdilər.

Yaponiyanın iqtisadi nazirliyi ən qısa zamanda ailələrə kompensasiyanın ödəniləcəyini açıqlayıb.

Onu da qeyd edək ki, son yoxlamalarda Fukusima-1 ətrafındakı suların radiasiya səviyyəsi normadan 100 min dəfə artıq olduğu məlum olub.

Pul müəyyən qədər yaralara məlhəm ola bilər. Amma faciənin fəsadlarını aradan qaldırmaq üçün mütləq ümummilli reabilitasiya proqramı hazırlanmalıdır.

Elvin Babayev

O.M.