Külək Floridanı uçurur

Külək Floridanı uçurur

4 Aprel 2011 02:25
Bəyəndim (0) Bəyənmədim (0)
Yaponiyadan sonra ABŞ silkələnir


Cümə axşamı günü tornado zamanı Florida ştatının Tampa şəhərinin aeroportu yaxınlığında yerləşən bina çökmüşdür. Nəticədə, 70-dək insanın xarici aləmlə əlaqəsi kəsilmişdir. Bu barədə yerli "Fox" telekanalı məlumat verib. Xatırladaq ki, Floridaya şiddətli yağışlarla və 145 km/saat sürətli küləklə müşayiət olunan tornado dalğası hücum etmişdir. Sent-Pitersberq şəhərində isə külək yük avtomobilini aşırmışdır. Şiddətli külək onlarla ağacı qırmış, elektrik xəttlərini sıradan çıxarmış, xeyli sayda insana xəsarət yetirmişdir. Təbii fəlakət hələ də davam edir və səngimək bilmir.

O.M.