Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpü uçub

Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpü uçub

26 Sentyabr 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul-Bəhramtəpə yolunda, Kür çayının üzərində yerləşən, Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpü növbəti dəfə uçub. APA-nın yerli bürosunun xəbərinə görə, uçqun körpünün 24 kvadratmetrlik hissəsində, iki yerdə baş verib. Avtomobillərin körpü üzərində hərəkəti tam dayandırılıb. Hazırda körpü təmir olunur.

34 sayı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov təmirin saat 17-də başa çatacağını, bundan sonra avtomobillərin hərəkətinin bərpa olunacağını deyib.

Tofiq Əliyev

O.M.