Xarici jurnalistlər Cocuq Mərcanlıda - Fotolar

Xarici jurnalistlər Cocuq Mərcanlıda - Fotolar

7 Fevral 2017 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda akkreditə olunmuş bir qrup xarici jurnalistin fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib.

Azərtac xəbər verir ki, səfərdə "Associated Press", "Reuters", "RİA Novosti", "İnterfax", "Sputnik", "Anadolu", "İhlas", EFE agentlikləri, TRT telekanalı, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları və digər KİV orqanlarının əməkdaşları iştirak edir.

Səfər xarici jurnalistlərə Cəbrayılın Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, eləcə də onları Prezidentin Sərəncamı ilə kəndin bərpası və məcburi köçkünlərin buraya qayıdışı istiqamətində görülən işlər barədə məlumatlandırmaq məqsədi daşıyır.

KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Xarici jurnalistlər Cocuq Mərcanlıda  -  Fotolar
Xarici jurnalistlər Cocuq Mərcanlıda  -  Fotolar
Xarici jurnalistlər Cocuq Mərcanlıda  -  Fotolar

Mediainfo.az