Ermənistan Silahlı qüvvələri atəşkəsi yenə də pozub

Ermənistan Silahlı qüvvələri atəşkəsi yenə də pozub

26 Sentyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 25-də saat 10.20-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.10-dan 22.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 26-də saat 00.20-dən 00.25-dək, 02.40-dan 02.44-dək və 03.10-dan 03.20-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. (Musa Xorenatsi)

Tofiq Əliyev

O.M.