Şəmkirdə 38 yaşlı qadını maşın vurub

Şəmkirdə 38 yaşlı qadını maşın vurub

6 Fevral 2017 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda avtomobil piyadanı vurub.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, qadını Şəmkirdə yolu keçən zaman naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az