Nazirlərin də iştirak etdiyi şəhidin vida mərasimində Qusarın deputatı niyə yox idi? - AÇIQLAMA

Nazirlərin də iştirak etdiyi şəhidin vida mərasimində Qusarın deputatı niyə yox idi? - AÇIQLAMA

6 Fevral 2017 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər veridiyimi kimi, 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib.

Vida mərasimindəmüdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edib.

Tədbir başa çatandan sonra şəhidin nəşi dəfn edilmək üçün doğulduğu Qusar rayonunda yerləşən Şəhidlər Xiyabanına yola salınıb.

Vida mərasimində bir çox rəsmi şəxslər və millət vəkilləri iştirak etsələr də, 51 saylı Qusar seçki dairəsindən seçilən deputat Azər Badamov iştirak etməyib. Millət vəkilinin deputatı olduğu rayondan olan şəhidin vida mərasimində hansı səbəbdən iştirak etməməsi, bundan daha vacib hansı işinin olması məlum olmasa da, tədbirdə iştirak edən bir sıra rəsmi şəxslər tərəfindən də bu hal tənqidlə qarşılanıb.

Mövzu ilə bağlı portalımıza danışan deputat hazırda Qusarda olduğunu və dəfn mərasimi üçün hazırlıq işlərini gördüyünü bildirib:

"Biz artıq səhər saatlarından Qusardayıq. Şəhidimizin nəşini gözləyirik. Vida mərasimində iştirak etməməyimin səbəbi budur". (azxeber)

Mediainfo.az