Yəməndə toqquşmalar başladı

Yəməndə toqquşmalar başladı

23 Sentyabr 2011 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmən prezidentinin ölkəsinə qayıdışı qarışıqlığa səbəb olub. Paytaxt Sənada atəş və partlayış səsləri ilə müşayiət olunan yeni qarşıdurmalar qeydə alınıb. Yəmənin dövlət televiziyası ilə Əli Abdulla Salehin ölkəyə qayıtması xəbəri verilən kimi prezidentə sadiq qüvvələrlə müxalifət tərəfdarları arasında toqquşmalar baş verib. Əl-`Cəzirə telekanalı 7 nəfərin öldüyünü xəbər verir.

Xatırladaq ki, iyunun 3-də Sənada anti-hökumət nümayişçilərinin prezident sarayına hücumu nəticəsində yaralanan Yəmən prezidenti iyunun 4-dən etibarən Səudiyyə Ərəbistanında müalicə kursu keçirdi.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.