Yaşar Nurinin səhhəti yaxşılaşır

Yaşar Nurinin səhhəti yaxşılaşır

23 Sentyabr 2011 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti yaxşılaşır. Bu xoş xəbəri aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva ANS-ə verib. Xalq artisti artıq süni nəfəs aparatından ayrılıb və sərbəst danışa bilir.

"Artıq Yaşar Nuriyevi palataya keçiriblər. Saat 5-dən sonra ürəyi istəyən adamlar gəlib onu görə bilərlər", - deyə Rəhimə Nuriyeva vurğulayıb.

Xatırladaq ki, xalq artistimizin səhhəti bir neçə gün əvvəl qəflətən yenidən pisləşdiyindən, yaxınları onu Dövlət Gömrük Komitəsinin hospitalına çatdırıblar. Aktyorun vəziyyəti pis olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah şəfa versin.

Tofiq Əliyev

O.M.