Litva sərhədçiləri sərhədi qanunsuz keçmək istəyən 5 erməni saxlayıb

Litva sərhədçiləri sərhədi qanunsuz keçmək istəyən 5 erməni saxlayıb

23 Sentyabr 2011 15:55
813
Bəyəndim (0) Bəyənmədim (0)

Litva sərhədçiləri ölkə sərhədini qanunsuz keçmək istəyən 5 nəfər Ermənistan vətəndaşını saxlayıb. Litva Dövlət Sərhəd Xidmətinin məlumatına görə, axşam vaxtı qarğıdalı sahəsindən Litvaya tərəf gedən yolda 5 nəfər saxlanılıb.

Həmin şəxslərdən ikisi kişi, biri qadın, qalan ikisinin isə uşaq olduğu bildirilir. Litva Dövlət Sərhəd Xidməti məlumat verib ki, hadisə baş verən axşam sərhədə tərəf "Ford Galaxy" avtomobilinin getdiyi müşahidə edilib. Kaunasdan gələn həmin avtomobilin ilkin versiyaya görə, sərhədi qanunsuz keçmək istəyən ermənilərin dalınca gəldiyi ehtimal edilir. DSX sərhədi qanunsuz keçənləri və avtomobildə olan şəxsləri saxlayaraq bölməyə aparıb.

Araşdırma nəticəsində üzərlərində heç bir sənəd olmayan həmin şəxslər Ermənistan vətəndaşı olduqlarını etiraf ediblər. Qadının 30, kişilərin 26 və 30, uşaqların isə 5 və yaş yarım olduğu məlum olub.

Hadisə ilə bağlı (sərhədi qanunsuz keçmək) maddəsi ilə cinayət işi açılıb. Kişilər dustaqxanaya, qadın və uşaqlar isə "Şakyayski" uşaq evinə aparılıb.

Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən. (A.S.Puşkin)

Fərid Qurbanov

O.M.