Azərbaycan prezidenti Xaçmaza səfər edib

Azərbaycan prezidenti Xaçmaza səfər edib

23 Sentyabr 2011 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfər edib. Dövlət başçısı Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra prezident yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb.

Prezident Xaçmazda görülmüş işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxıb.

Tofiq Əliyev

O.M.