Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

2 Fevral 2017 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Komissiyadana bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mediainfo.az