Bakı metrosunda gediş haqları qaldırılır - 50 qəpik

Bakı metrosunda gediş haqları qaldırılır - 50 qəpik

2 Fevral 2017 11:55
429
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda gediş haqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırılacaq

Bu barə müraciətlərə Tarif (Qiymət) Şurasında baxılır və çox güman ki, yaxın günlərdə qərar elan ediləcək. Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, metro və avtobuslarda vahid kart sisteminə keçildiyindən hər iki nəqliyyat növündə tariflərin eyni vaxtlarda artırılması planlaşdırılır.

2017-ci ilin dövlət büdcəsində Metropolitenin dotasiyası 22 faiz – 8 milyon manat azaldılıb. 36 milyon manatdan 28 milyon manata endirilib. Hələ büdcə müzakirləri zamanı ekspertlər dotasiyanın azalmasının qiymət artımına gətirib çıxaracağını proqnozlaşdırırdı.

2016-cı ildə Tarif Şurasının qərarı ilə əhaliyə satılan işıq, qaz və suyun tarifləri artırılıb.(istiqlal.az)

Mediainfo.az