Dövlət Komitəsi: 300-dən çox məcburi köçkün vahid aylıq müavinətdən könüllü imtina edib

Dövlət Komitəsi: 300-dən çox məcburi köçkün vahid aylıq müavinətdən könüllü imtina edib

2 Fevral 2017 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir.

Komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.

Komitəyə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub. Komitə hər məcburi köçkün rayondan bununla bağlı bir müraciəti də nümunə olaraq yayıb. (apa)

Mediainfo.az