Daşkəsəndə mal-qara otaran şəxsin başına qaya parçası düşdü

Daşkəsəndə mal-qara otaran şəxsin başına qaya parçası düşdü

23 Sentyabr 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsəndə 34 yaşlı kişi faciəli şəkildə ölüb. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Alaxançallı kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Vasif Verdiyev dağlıq ərazidə mal-qara otararkən qaya parçası qırılaraq onun başına düşüb. Nəticədə V. Verdiyev aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Heç kəs faciədən sığortalanmayıb. Buna baxmayaraq hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.