Siyavuş Novruzov: "Hər kəs oturduğu stula hörmət etsin”

Siyavuş Novruzov: "Hər kəs oturduğu stula hörmət etsin”

1 Fevral 2017 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Hələ də bir sıra siyasi partiyalar maliyyə hesabatları vermir. Baxmayaraq ki, onların kifayət qədər cangüdənləri, maşınları var".

Bunu bu gün Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək lazımdır: "Bir məsələni də qeyd etmək istəyirəm. Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var. Ziyafət Əsgərovdan komitə sədri kimi xahiş edirik ki, bu məsələ araşdırılsın".

S. Novruzov Milli Məclisin işləməməsi ilə bağlı fikirlərin yanlış olduğunu da söyləyib: "Biz qanunlar qəbul edirik. Nə edək, taxta-şalban daşıyaq? Yaxud bəziləri deyir ki, prezidentin komandası dəyişməlidir. Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq. Dövlət başçısı komanda üzvlərini təyin edir. Hətta korrupsiya və rüşvətxorluqla bağlı bəzi yüksək vəzifəli şəxslər həbs edilir. Hansısa vəzifəli şəxs kiminsə xahişini yerinə yetirmirsə, belə çıxışlar etmək lazımdır. Hər kəs oturduğu stula hörmət etsin". (apa)

Mediainfo.az