Sabirabadda 4 ayaqlı xoruz

Sabirabadda 4 ayaqlı xoruz

23 Sentyabr 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

AzərTac-ın məlumatına görə, Sabirabad rayonunun Məmişlər kəndində dördayaqlı xoruz görənləri heyrətə salır. Uzun müddətli təsərrüfat həyatında ilk dəfə belə bir halla rastlaşdığını söyləyən kənd sakini Gülnaz Cabbarova bunu Allahın bir möcüzəsi kimi qəbul edir və bu barədə özünü şanslı sayır.

Gülnaz Cabbarovanın bildirdiyinə görə, eyni vaxtda yumurtalardan çıxan 20 cücədən yalnız dördayaqlı xoruz sağ qalıb. Bu hamının marağına səbəb olub. Artıq 3 aylıq olan ev quşu iştaha ilə yeyir, içir və gümrah şəkildə hərəkət edir.

Ayağı başına bəla oldu.

Tofiq Əliyev

O.M.