Xaçmazda velosipedçini maşın vurub

Xaçmazda velosipedçini maşın vurub

23 Sentyabr 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Velosipedlə hərəkət edən Xaçmaz rayon sakinini maşın vurub. Qəza Xaçmaz şəhəri ərazisində baş verib. Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Xaçmaz rayon sakini Rza Abdullayevin idarə etdiyi 90 KX 128 dövlət nömrə nişanlı, "Lada Priora" markalı avtomobil yolu velosipedlə keçmək istəyən, 1981-ci il təvəllüdlü Verdiyev Zaur Zakir oğlunu vurub.

Müxtəlif bədən xəsarətləri alan Zaur Verdiyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırılır.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.