Bu gün Milli Ordunun əsgəri torpağa tapşırılıb

Bu gün Milli Ordunun əsgəri torpağa tapşırılıb

22 Sentyabr 2011 22:01
Bəyəndim (0) Bəyənmədim (0)
Rəsul Yusifov Oğuz rayonunun Calud kəndində dəfn olunub

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən dünyasını dəyişən Milli Ordunun əsgəri Rəsul Yusifov bu gün torpağa tapşırılıb. Bu barədə məlumatı Müdafiə Nazirliyinə istinadən anspress.com yayıb. Beyləqan rayonunda N saylı hərbi hissədə qulluq edən R.Yusifovun cənazəsi bu gün səhər saatlarında Oğuz rayonunun Calud kəndində ailəsinə təhvil verilib. 18 yaşlı R.Yusifov 6 ay idi Milli Orduda qulluq edirdi. Əsgərin valideynlərinin dediyinə görə, o hələ uşaqlıqdan hərbçi olmağı arzulayıb. Onlar övladlarının hərbi xidmətlə bağlı heç bir narazılığı olmadığını qeyd ediblər və bildiriblər ki, xidməti başa çatdıqdan sonra Rəsulun elə həmin hərbi hissədə qalıb işləmək istəyi olub.

Allah rəhmət eləsin...

Hafiz Əhmədov

O.M.