Avropa Birliyi Bosniyadakı vəziyyətdən çox narahatdır

Avropa Birliyi Bosniyadakı vəziyyətdən çox narahatdır

15 Aprel 2011 09:36
841
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi serblərin referendum keçirmək qərarına qarşı çıxdığını açıqlayıb.

Bosniya serblərinin, daha doğrusu, Bosniya-herseqovinanın tərkib hissəsi olan Bosniya Serb muxtar respublikasının serb əhalisinin referendum keçirməkdə məqsədi Federal Məhkəmə və Hakimlərin muxtariyyətin bölgələrində fəaliyyət göstərməsinə kömək etməkdir. AB-nin Xarici Əlaqələr Üzrə Təmsilçisi çıxışında Bosniyadakı vəziyyətdən çox narahatlıq keçirdiklərini qeyd edib. Serblərə qarşı ayrı seçkilik edən Federal məhkəmə və Hakimlərin ləğv edilməsi ilə bağlı keçirilən səsvermədə 2 rədd, 7 bitərəf, 66 lehinə səs verilib. Qəbul edilmiş qərarda referendum üçün dəqiq bir vaxt təyin edilməyib.

Yuqoslaviyanı parça-parça böldülər. İndi də bölünmüş hissələri daha kiçik hissələrə ayırmaq istəyirlər. Belə getsə, Avropanın düz mərkəzində hər şəhər bir dövlət olacaq.

Hafiz Əhmədov

O.M.