Müqəddəs Məkkədə fahişəxana ifşa olundu

Müqəddəs Məkkədə fahişəxana ifşa olundu

22 Sentyabr 2011 22:00
1 343
Bəyəndim (0) Bəyənmədim (0)
Əcnəbi sakinlər bəzi "zəvvarlara" pullu xidmət göstərirdilər

Səudiyyə Ərəbistanının polisi Məkkə şəhərində 11 əcnəbi sakini həbs edib. Səbəb onların qeyri-qanuni yollarla qadın alveri ilə məşğul olmaları olub. MIGnews.com saytının bu gün yaydığı məlumata görə, 6 banqladeşli kişi və 5 indoneziyalı qadın zəvvarlara və digər abidlərə 200 Səudiyyə rialı müqabilində seksual xidmətlər təqdim edirdilər. Fahişəxana şəxsi mühafizə dəstəsi ilə ciddi şəkildə qorunsa da, polis uzun müddətdən bəri onları nəzarətdə saxlayırdı. Məqsəd onların cinayətini miqyaslı şəkildə ifşa etmək idi.

Bəzi əsərlər tarixin özü qədər yaşayacaq. "Tülkü həccə gedir" təmsili kimi. Allah imanı kamil olan zəvvarların müqəddəs ziyarətini qəbul etsin! Amin!

Natiq Qocaman

O.M.