Ova çıxarkən ovlandı

Ova çıxarkən ovlandı

22 Sentyabr 2011 18:06
Bəyəndim (0) Bəyənmədim (0)
Sızdıran da sızdırıldı

"Wikileaks"in qurucusu Culian Assencin razılığı olmadan onun şəxsi həyatı və avtobioqrafiyası yayımlanacaq. "Financial Times" deyir ki, başqalarının işlərinə qarışan, onlar haqda məxfilikləri ictimaiyyətə təqdim edən Culian artıq özü hazırlaşsın. Çünki "Canongate" adlı qəzet müqaviləsiz onun haqda yazılan kitabı nəşr edib. Qəzetə görə, Culian haqda çıxan bu məlumatlar dünyanın bir çox dövlət məmurlarını, siyasətçilərinin və s.-nin üzünü güldürəcək. Kitab təxminən 27 manatdan piştaxtada görünəcək. "Independent" qəzeti isə bu kitab üçün indidən 4 səhifəsini hazırlayıb. Və kimlik ipuclarına görə, qəhrəmanımız vaxtilə ofisində işəyən 2 qadından birini zorlayıb. digərinə qarşı da nalayiq hərəkətlər edib. Halbuki, özü bu faktı yalanlayıb.

Burda deyiblər, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır.

Günel Həbib

O.M.