Vergilər Nazirliyi qanunsuz totalizator fəaliyyəti göstərən çayxanalar aşkarlayıb

Vergilər Nazirliyi qanunsuz totalizator fəaliyyəti göstərən çayxanalar aşkarlayıb

22 Sentyabr 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

"ANS PRESS"in məlumatına görə, Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın Nəsimi və Nizami rayonları ərazisində vergi nəzarəti tədbirləri həyata keçirilərkən vətəndaş Muradov Murad Böyük oğluna məxsus, Cavadxan küçəsi, ev 17 ünvanda yerləşən "Qladiator" futbol klubu,

həmin ünvandakı zirzəmidə yerləşən, Əliyev Ramin Musa oğluna məxsus" Çay evi" futbol klubu,

Qurbanov Ramil Raqif oğluna məxsus həmin ünvanda yerləşən "Vüsal" çay evinin zirzəmisi

və Nuruşov Ceyhun İsaq oğluna məxsus, Nizami rayonu, Q.Qarayev küçəsi 61 ünvanda yerləşən futbol klublarının qanunsuz fəaliyyətlərini təsdiq edən 2 ədəd noutbuk, 3 ədəd kompüter prosessoru, 1 ədəd televizor, möhür, nağd pul vəsaiti, "qara mühasibatlıq" sənədləri, dövriyyəsini əks etdirən 2 ədəd kitabça, yüzlərlə sayda vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən yüzlərlə ödəniş qəbzləri və kuponlar aşkar olunaraq götürülüb. Bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edib ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.

Qanunsuz oyun keçirənlər öz başlarına oyun açdılar.

Tofiq Əliyev

O.M.