Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz keçib

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz keçib

22 Sentyabr 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçiriblər.

Tofiq Əliyev

O.M.