Liviya bu gecə səhərədək bombalanıb

Liviya bu gecə səhərədək bombalanıb

15 Aprel 2011 09:17
Bəyəndim (0) Bəyənmədim (0)
Qəddafi isə üstü açıq maşında gəzir

ABŞ, İngiltərə və Fransa Qəddafi hakimiyyətdən gedənə qədər hücumları davam etdirəcəklərini bəyan edib.

Hər üç ölkənin prezidenti Qəddafini hakimiyyətdə saxlamağın Liviya xalqına xəyanət olduğunu açıqlayıb. Prezidentlər, "xalqını öldürən bir iqtidarın hakimiyyətdə qalması qeyri mümkündür", - deyiblər.

Qəddafi isə geri çəkilməkdən imtina edərək, tərəfdarlarına Misrat şəhərini bombalamaq əmri verib. Raket zərbələri nəticəsində üsyançılardan 23 nəfər həlak olub. Raketlərin limanları və rabitə mərkəzlərini vurduğu söylənilib.

NATO qüvvələri isə cavab olaraq Trablus şəhərini bu gecə səhərədək bombalayıb. Buna baxmayaraq Qəddafi həmin gün üstü açıq bir maşında Trablus küçələrində televiziya kameralarına düşüb.

Bu, lap məşhur cizgi filminin qəhrəmanları olan Tom və Cerrinin macərasına döndü. Xatırlayırsınızsa, pişik dəfələrlə siçanı tutsa da, yeməyib. Axı onda film bitməli idi...

Elvin Babayev

O.M.