Ordumuzun polkovniki yol qəzasına düşüb

Ordumuzun polkovniki yol qəzasına düşüb

22 Sentyabr 2011 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ordumuzun hərbçiləri yol qəzasına düşüblər. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik Zaur Yusifov xidməti avtomobili ilə qəzaya düşüb. Nəticədə zabit ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Hadisə baş verən zaman Z. Yusifovla birgə maşında əsgər də olub. Xoşbəxtlikdən əsgər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.