Bill Geyts 59 milyard dollarlıq sərvət ilə ən varlı amerikalıdır

Bill Geyts 59 milyard dollarlıq sərvət ilə ən varlı amerikalıdır

22 Sentyabr 2011 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Forbes" jurnalının versiyası üzrə Bill Geyts ABŞ-ın ən varlı sakinidir. Bu barədə jurnalın internet saytında yerləşdirilən reytinqdə deyilir. "Microsoft" şirkətinin yaradıcılarından biri olan 55 yaşlı Robert Geytsin sərvəti 59 milyard dollardır. Bu, ən varlı amerikalıların ötən reytinqində birinci olmuş 81 yaşlı investor Uorren Beffetin sərvətindən (39 milyrard dollar) 20 milyard dollar çoxdur. Jurnalın məlumatına görə, Bill Geytsin sərvəti bir il ərzində 5 milyard dollar artıb. Uorren Baffet isə bir ildə 6 milyard dollara yaxın vəsait itirib. Liderlərin üçlüyündə "Oracle" korporasiyasının yaradıcısı və rəhbəri Larri Elinson da var. "Forbes" onun sərvətinin 33 milyard dollar olduğunu yazıb.

Adəmi adəm eyləyən paradır, parasız adəmin üzü qaradır.

Tofiq Əliyev

O.M.