Mahaçqalada baş verən partlayışlarda 61 nəfər xəsarət alıb

Mahaçqalada baş verən partlayışlarda 61 nəfər xəsarət alıb

22 Sentyabr 2011 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Mahaçqalada bu gecə baş verən iki partlayışda xəsarət alanların sayı 61 nəfərə çatıb. Yaralılardan bir nəfər səhərə yaxın dünyasını dəyişib. Yaralılardan 44 nəfər polis əməkdaşıdır. İki mülki şəxsin və bir polisin vəziyyəti ağırdır. Qeyd edək ki, bu gecə Dağıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. İlk partlayış Bakı vaxtı ilə 00.45 radələrində, ikinci partlayış isə 15 dəqiqə sonra, hadisə yerinə polislər gələn zaman baş verib. İkinci partlayışın gücü 40 kiloqram trotil ekvivalentində olub.

Terrorçular öldürülsə də, terror ölmür.

Tofiq Əliyev

O.M.