
Ordumuzun daha bir əsgəri dünyasını dəyişib
Ordumuzun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, hadisə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. 2011-ci ilin aprel ayında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən dünyasını dəyişib.
Allah rəhmət eləsin.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər