İordan çayının Qərb sahilində toqquşma baş verib

İordan çayının Qərb sahilində toqquşma baş verib

21 Sentyabr 2011 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

İordan çayının Qərb sahilindəki Hebron şəhərində toqquşma baş verib. Fələstinli nümayişçilər İsrail əsgərlərini daşa basıblar, avtomobil təkərləri yandırılıb. İsrail əsgərləri gözyaşardıcı qazdan istifadə ediblər.

Rəmallada isə Fələstinin BMT-nin 104-cü dövləti kimi tanınmasına çağıran şüarların olduğu plakatlar qaldırılıb. Rəmallada fələstinlilər artıq bayram edirlər. Yasir Ərəfatın məqbərəsi önündə toplaşan minlərlə fələstinli əllərində bayraq yelləyərək, nümayiş keçirirlər. Onlar BMT-nin Baş Assambleyasında iştirak edən Fələstin nümayəndə heyətinə dəstək nümayiş etdirirlər.

Ramallanın Xa-şaon və Manara meydanları ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Nümayişin təşkilatçıları hətta məktəb direktorlarının icazəsi ilə şagirdləri də aksiyaya cəlb edə biliblər. Nümayiş keçirilən yerə çox sayda polis qüvvələri cəlb edilib.

Tofiq Əliyev

O.M.