“Məni Samir Cavadzadənin bıçaqlaması barədə məlumatlar əsassızdır”

“Məni Samir Cavadzadənin bıçaqlaması barədə məlumatlar əsassızdır”

21 Sentyabr 2011 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu işdə heç kimin günahı yoxdur. Günahkar özüməm. Yaşadığım evdə ehtiyatsızlıq nəticəsində özümə xəsarət yetirmişəm. Mətbuatda məni Samir Cavadzadənin bıçaqlaması barədə verilən məlumatların heç bir əsası yoxdur. Polisə verəcəyim ifadəmdə də bunu bildirəcəyəm". Bunu APA-ya açıqlamasında ötən gün Azərbaycanın "Eurovision-2008" təmsilçilərindən biri Samir Cavadzadə tərəfindən bıçaqlandığı deyilən və hazırda xəstəxanada olan fotoqraf Elvin Hüseynov bildirib.

E. Hüseynov deyib ki, mətbuatda S. Cavadzadənin polisə ifadəsində hadisəni onun törətməsi barədə verilən məlumatlar isə anlaşılmazlıqdır. Səhhətinin yaxşılaşmağa doğru getdiyinin deyən E. Hüseynov özünü yaxşı hiss etdiyini açıqlayıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı, hadisəni araşdıran Əziz Əzimov sentyabrın 20-də APA-ya verdiyi açıqlamada tanınmış müğənni Samir Cavadzadənin ifadəsində Elvin Hüseynovu bıçaqladığını etiraf etdiyini bildirib. Təhqiqatçı deyib ki, Samir Cavadzadə hadisəni şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədib: "Samir ifadəsində bunu təsdiqləyib. Samirin dediyinə görə, o, Elvini gecə yarısı evdə səs-küy saldığı üçün vurub və bunu ehtiyatsızlıqdan törədib. İndiki mərhələdə baş vermiş hadisəyə hüquqi qiymət vermək mümkünsüzdür. Zərərçəkən tibbi ekspertizadan keçiriləcək. Ekspertizanın rəyindən asılı olaraq faktla bağlı cinayət işi başlanacaq".

Xatırladaq ki, məlum hadisə sentyabrın 20-də səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə isə mətbuata açıqlamasında hadisəni törətmədiyini bildirib.

Ehtiyat hər zaman igidin yaraşığıdır.

Tofiq Əliyev

O.M.